Mobil versiya
Deputatın oğlu həlak olan modelə “Jeep” bağışlayıbmış
Tarix: 06-11-2017 | Saat: 12:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deputatın oğlu həlak olan modelə “Jeep” bağışlayıbmış


Ötən həftə FHN criminal.az saytının rəsmi sorğusunu cavablandırarkən 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində dənizə düşərək həlak olan model Günel Mirzəyevanın olduğu yaxtada millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovun da olduğunu təsdiq edib. Sorğuya cavabda yaxtanın H. Axundova məxsus olduğu da bildirilib.

AIA.Az xəbər verir ki, bunun ardınca açıqlama verən E. Axundova deyilənlərin yalan olduğunu bildirib.

Criminal.az saytı mərhum Günel Mirzəyeva ilə Həbib Axundovun əlaqəsinin olmasını təsdiqləyən digər bir faktı da aşkar edib. Sayt yazır ki, G.Mirzəyevanın müəmmalı ölümünə qədər idarə etdiyi “Jeep Wrangler” markalı, Az 90 LL 333 nömrə nişanlı avtomobil də Həbib Axundovun olub.

Baş Dövlət Yol Polis İdarəsindən əldə edilən məlumata görə, Həbib Axundov qara rəngli “Jeep Wrangler”markalı avtomobili 2013-cü ilin dekabrında ipoteka yolu ilə alıb. Həmin vaxt avtomobilə Az 90 RR 111 nömrə nişanı da alınıb. 2013-cü ildən 2015-ci ilə qədər avtomobilin nömrə nişanı dəfələrlə dəyişdirilib, nişanda əsasən 111 sonluğu saxlanılıb. 2015-ci ilin avqustunda avtomobil H.Axundovun adından etibarnamə ilə G.Mirzəyevaya sürməyə verilib. Maşının üzərindəki Az 90 GS 111 nömrə nişanı həmin ilin dekabrında Az 90 LL 333 nömrəsinə dəyişdirilib. G.Mirzəyeva dünyasını dəyişənə qədər idarə etdiyi “Jeep Wrangler”markalı, Az 90 LL 333 nömrə nişanı avtomobilin üzərində olub.

Sayt yazır ki, Sabunçu Rayon Prokurorluğunda G.Mirzəyevanın ölüm faktı ilə bağlı başlanmış cinayət işinin hazırda hansı mərhələdə olması bilinmir.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024