Mobil versiya
Fədayə Laçınla bağlı qərar dəyişə bilər - Tacir zamin durmaq istəmədi, Manaf qorxmadı
Tarix: 03-11-2017 | Saat: 18:26
Bölmə:Manşet / Gündəm | çapa göndər

Fədayə Laçınla bağlı qərar dəyişə bilər - Tacir zamin durmaq istəmədi, Manaf qorxmadı


Tanınmış müəğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətiimkan tədbiri seçilib.
Fədayə Laçının qaçmasına köməklik göstərdiyi şəxslərdən biri Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Müğənnin sevgilisi olduğu iddia edilən ”Qoca” ləqəbli Etibar Məmmədov isə noyabrın 2-də xüsusi əməliyyat nəticəsində öldürülüb. O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilmişdi. “Qoca” Şirvan şəhərində kriminal “razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətlə yetirilən Elvin Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Bu işin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılırdı və prokuror Etibar Məmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Fədayə Laçının qaçmasına köməklik göstərdiyi şəxslərdən biri tutulduğuna, digəri öldürüldüyünə görə, onun barəsindəki həbs-qətiimkan tədbirinin dəyişdirilməsi gündəmə gələ bilərmi?
Modern.az məsələnin hüquqi müstəvidə həlli və F.Laçının həmkarlarının ona zamin dura bilib-bilməyəcəklərilə bağlı məsələni araşdırıb.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, qətiimkan tədbirinin dəyişdirilməsi mümkündür:

“Qətiimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətiimkan tədbirləri seçilə bilər. Cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, yüngül qətiimkan tədbirilə əvəz edilə bilər.

Hazırkı şəraitdə Fədayə Laçın barəsində həbs-qətiimkan tədbiri seçilib. Bu, ciddi qətiimkan tədbiri hesab olunur. Qətiimkan tədbirinin təsdiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti çərçivəsində onu ləğv edə bilər. Nəzərə alsaq ki, həbs-qətiimkan tədbiri məhkəmə tərəfindən seçilib, onun ləğvi də yalnız məhkəmə qaydasında mümkündür. Qətiimkan tədbirinin dəyişdirilməsi, yaxud zaminliyə verilməsilə bağlı qərar verilə bilər. Bu da yalnız məhkəmə qərarı ilə. Zaminliyə verilmə iki cür olur: şəxslərin zaminliyinə verilmə və təşkilatın zaminliyinə verilmə. İndiki halda Fədayə Laçın yalnız məhkəmə qərarı ilə şəxslərin zaminliyinə verilə bilər”.

Hüquqşünas bildirib ki, zamin durmaq istəyən şəxslər müvafiq qaydada cinayət işinə prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edə bilər:

“Bu halda prokuror tərəfindən də məhkəməyə müraciəti əsasında qətiimkan tədbiri dəyişdirilə bilər. Yaxud vəkil məhkəmə qarşısında vəsatət qaldıra bilər. Amma hər şeydən əvvəl məhkəmə tərəfindən zaminliyin mümkünlüyü haqqında qərar olmalıdır. Bütövlükdə Fədayə xanımın zaminliyə verilib-verilməməsi ilə bağlı məsələ həm cinayət işinin istintaqını aparan müstəntiq və həm də prokuror tərəfindən qaldırıla bilər. Bu baş verəcək yoxsa yox, söyləmək çətindir.
Qətiimkan tədbirinin dəyişdirilməsi zamanı təqsirləndirilən şəxsə 2 nəfərdən 5 nəfərə qədər şəxs zamin dura bilər. Şəxsin gələcəkdə istintaqdan qaçıb gizlənmə ehtimalı və istəyi yoxdursa, qətiimkan tədbirinin dəyişdirilməsi mümkün sayılır. Zaminliyə buraxılma zamanı şəxsin məhkumluğu ləğv edilmir, istintaq davam edir. Bunun üçün ibtidai istintaqı həyata keçirən subyektlərin fikirləri və rəyləri əsasdır. Amma məhkəmə bütövlükdə məsələyə baxıb qərar verə bilər. Nə qədər ki, Fədayə Laçın haqqında həbs-qətiimkan tədbiri seçilib, onun dəyişdirilməsi yalnız məhkəmə qaydasında mümkündür”.

Bəs, məhkəmə həbs-qətimkan tədbirinin dəyişdirilməsilə bağlı qərar çıxararsa, həmkarları ona zamin durmaa istəyərmi?

Fədayə Laçının həmkarı, uzun müddət duet ortağı olan Tacir Şahmalıoğlu Modern.az-a deyib ki, zamin durmaq xoşuna gələn iş deyil:

“Bir eloğlu, müəllim, həmkar kimi nə kömək lazım olarsa, etməyə hazıram. Biz bir yerdə çörək kəsmişik. Fədayə mənim tərəf-müqabilim olub, yaxşı insandır, xətrini çox istəyirəm. Köməkliyimi bu cür edərəm. Amma zamin durmaq mənim xoşuma gələn iş deyil”.

Digər tanınmış müğənni Manaf Ağayev isə həmkarı Tacir Şahmalıoğlundan daha ürəkli danışıb:
“Desəm durmaram pis çıxacaq, desəm duraram, onda da cinayətkar olacam. Yox əgər, qanun buna yol verirsə, zamin duraram”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024