Mobil versiya
Ərdoğan: “Bu işin mümkün olacağına inanmırdılar”
Tarix: 03-11-2017 | Saat: 15:01
Bölmə:Siyasət | çapa göndər

Ərdoğan: “Bu işin mümkün olacağına inanmırdılar”


"Şübhəsiz ki, sərnişin daşınmasının strateji və sosial-iqtisadi mənası var”.

aia.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı zamanı "Euronews” televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropa-Asiya bağlantısı kimi bu dəmir yolu çox mühüm strateji bir sərmayə olaraq həyata keçirildi.: "Bu, tarixi İpək Yolunun digər mərhələsinin ən ciddi sərmayəsi oldu. Yəni, Azərbaycan, Türkiyə və Gürcüstan olaraq bu qərarı qəbul etdiyimiz vaxt bəziləri bu işin mümkün olacağına inanmırdılar”.

Ərdoğan əlavə edib ki, bu yolun strateji baxımdan istər yük, istərsə də sərnişin daşınmasında şübhəsiz ki, mühüm əhəmiyyəti var: "Bilirsiniz ki, xərclər baxımından yük daşınmalarında dəmir yolu sistemi dəniz nəqliyyatı ilə rəqabət içindədir, bu dəmir yolu ilə daşımaların maliyyə xərcləri xeyli azdır. Sərnişin daşınmasında da qəza riski demək olar ki yox dərəcəsindədir”.(azvision.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024