Mobil versiya
General Müsavat Partiyasına xəbərdarlıq etdi
Tarix: 03-11-2017 | Saat: 14:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

General Müsavat Partiyasına xəbərdarlıq etdi


Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının bu gün Bakı şəhər İcra Hakimiyyətinin qarşısına təyin etdiyi piketlə bağlı xəbərdarlıq edib.

aia.az xəbər verir ki, Baş İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, paytaxtda razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir:

"BakıŞəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya piketin keçirilməsinə imkan verilməyəcək. Kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış piket keçirməyə cəhd edərsə, qarşısı tərəfimizdən alınacaq. Belə bir cəhdə təşəbbüs göstərənlər isə məsuliyyətə cəlb olunacaqlar”.
S. Bağırov piketin təşkilatçılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.

Qeyd edək ki,Müsavat Partiyasınoyabrın 3-də saat 15.00-daBakıŞəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında piket keçirilməsi ilə bağlı müraciət edib.Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və piket keçirilməsinə razılıq verilməyib.

Müsavat PartiyasıBŞİH-in bu qərarını qanunsuz sayaraq bu gün saat 16.00-da həmin ünvanda piket keçirəcəyini bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024