Mobil versiya
Cəmil Həsənli gəlmədi, mitinq başa çatdı - YENİLƏNİB
Tarix: 28-10-2017 | Saat: 17:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

Cəmil Həsənli gəlmədi, mitinq başa çatdı - YENİLƏNİB


Milli Şura adlı müxalif qrup Bakıda növbəti dəfə mitinqə toplaşıb.

AzVision.az xəbər verir ki, aksiya Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə "Məhsul" stadionunda keçirilib.

"Məhsul"a yığışanların sayı ötən mitinqlərlə müqayisədə xeyli az, təxminən 1000 nəfərə yaxın olub. Milli Şuranın sədri Cəmil Həsənli mitinqdə iştirak etməyib.

İki saat nəzərdə tutulan mitinq zamanı bəzi cəbhəçilər təxribatçı şüarlar səsləndirməyə çalışıblar. Polis əməkdaşları AXCP fəalı İlham Hüseynə qeyri-etik şüara görə xəbərdarlıq edib. Bu məqamda cəbhəçilərdən biri polisin ünvanına təhqiramiz söz işləyib.

Müxaliflər mitinqi vaxtından tez tərk etməyə başlayıblar. Çıxışlardan sonra mitinqin başa çatdığı elan edilib.

Qeyd edək ki, bundan öncəki aksiyalarda olduğu kimi digər müxalifət partiyaları Milli Şuranın mitinqinə dəstək verməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə