Mobil versiya
Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi dəyişib
Tarix: 28-10-2017 | Saat: 17:05
Bölmə:Gündəm | çapa göndər

Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi dəyişib


Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.

aia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 40-50 , Naxçıvan MR çaylarında isə 140 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 225 m3/s olmaqla ongünlük normanın 136 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 146 m3/s təşkil edərək ongünlük normanın 159 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 23, Şirvanda və Bankədə 6, Salyanda 14, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 373 m (2016-cı il oktyabrın 27-də 556 sm), Şirvanda 209 sm, Salyanda 179 sm (2016-cı il oktyabrın 27-də 407 sm), Bankədə 185 sm (2016-cı il oktyabrın 27-də 279 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2016-cı il oktyabrın 27-də 266 sm) təşkil edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə