Mobil versiya
At əti satan tutuldu - FOTO
Tarix: 28-10-2017 | Saat: 16:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

At əti satan tutuldu - FOTO


Polis orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan aia.az-a verilən məlumata görə, növbəti belə tədbir ötən gün Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Nəticədə xeyli miqdarda mənşəyi məlum olmayan ət məhsulları aşkar edilərək götürülüb.

Belə ki, rayon ərazisində bir nəfərin həyətində mənşəyi məlum olmayan ət satışı ilə məşğul olması barədə ŞPŞ-yə məlumat daxil olub. Bir müddət həmin ərazidə müşahidə aparılarkən məlumat təsdiqini tapıb.

Oktyabrın 27-də polis əməkdaşları tərəfindən Goran sanatoriyası adlı massivdə yaşayan İman Əsgərovun fərdi yaşayış evinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 63 kiloqram at əti aşkar edilərək götürülüb. İ.Əsgərov həmin ət məhsulunu Bərdə rayonunda tanımadığı şəxsdən aldığını bildirib.
Araşdırmalarla müəyyən edilib ki, o, at ətini qoca inək əti adı ilə həyətində istehlakçılara satırmış. O, alıcıların bunu bilməmələri üçün hətta piştaxtanın yanında kəsilmiş inək başı da saxlayırmış.

Götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətininin laboratoriyasına təhvil verilib.
Müayinənin nəticəsindən asılı olaraq Naftalan ŞPŞ tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024