DEBAT TƏHSİL PROQRAMI GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ
Tarix: 25-10-2017 | Saat: 17:39
Bölmə:Təhsil | çapa göndər
Gəncə Dövlət Universitetində təşkil olunmuş maarifləndirirci tədbirdə tələbələrə Gəncə Regional Debat Mərkəzi haqqında ətraflı məlumat verilib.
Şəhər Gənclər evinin təşəbbüsü ilə keçirilən tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Gənclər evinin müdiri Amil Qurbanovu və Gəncə Regional Debat Mərkəzinin sədri Eltac Quliyevi tələbələrə təqdim edib.
Amil Qurbanov Gənclər evinin məqsədinin gənclərin asudə vaxtlarının daha səmərəli keçirilməsində onlara kömək etməkdən ibarət olduğunu bildirərək, burada fəaliyyət göstərən bir sıra dərnəklər haqqında tələbələrə məlumat verib.
Sədr Eltac Quliyev qeyd edib ki, debat yeni dostlar, fərqli ünsiyyət, geniş əlaqələr yaradan intellektual əyləncə və təhsil proqramıdır.
Bildirilib ki, debat formal və qeyri – formal olaraq iki hissəyə bölünür.
Debat cəmiyyətdə gedən ictimai – sosial proseslərə ətraf mühitə müxtəlif nöqteyi – nəzərdən baxmağı , biliklərə və ideyalara şübhə ilə yanaşmağı , onların əsasında yeni baxışlar, biliklər yaratmağı, arqumentləri məntiqi qurmağı və üçüncü tərəfi öz mövqeyinə inandırmağı öyrədir.
Sədr debatın dörd prinsipi olan öyrənmək, aydınlıq, düzgünlük və hörmət haqqında tələbələrə məlumat verərək, debatın onlara araşdırma imkanı, auditoriya qarşısında sərbəst çıxış etmək, məntiqi təfəkkürün inkişafı, fikri düzgün çatdırmaq bacarığı, inandırma və təqdimetmə vərdişləri qazandırdığını vurğulayıb.
Sonda bir daha qeyd edilib ki, Debat təhsil proqramının məqsədi vətəndaşları, xüsusi ilə gəncləri, mübahisələrə deyil, problemlərin müzakirəsinə və onların həlli yollarının müəyyənləşdirilməsinə cəlb etməkdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər