Mobil versiya
Pensiyaların artımı üçün ayrılacaq vəsaitin həcmi məlum oldu
Tarix: 21-10-2017 | Saat: 13:53
Bölmə:Gündəm / Manşet | çapa göndər

Pensiyaların artımı üçün ayrılacaq vəsaitin həcmi məlum oldu


Ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2018-ci ilin dövlət büdcəsindən 2 mlrd. 197,2 mln. manat vəsait ayrılması proqnozlaşdırılıb.

aia.az saytı xəbər verir ki, bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

2018-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1,3 mlrd. manatı (əvvəlki illə müqayisədə 30 mln. manat və ya 2,4% çox) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə, 627,2 mln. manat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və onun müvafiq orqanları vasitəsi ilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 20,1 mln. manatı (əvvəlki illə müqayisədə 15 mln. manat və ya 4 dəfə çox) sosial müdafiə, pensiya və digər sosial təminat xərclərinə yönəldiləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024