Mobil versiya
Neft və Sənaye Unviversitetinin tələbələri “Azərişıq” ASC-nin “Yarımstansiya muzeyində” olublar
Tarix: 20-10-2017 | Saat: 14:50
Bölmə:Gündəm | çapa göndər

Neft və Sənaye Unviversitetinin tələbələri “Azərişıq” ASC-nin “Yarımstansiya muzeyində” olublar




"20 oktyabr - Energetiklər Günü” ilə bağlı bu gün Azərəbaycan Neft və Sənaye Universitetinin energetika fakultəsinin tələbələri "Azərişıq" ASC-nin Binəqədi rayonunda yerləşən “Yarımstansiya muzeyində” olublar. Tələbələrə bildirilib ki, Bakının enerji tarixi çox qədim və zəngindir.

Belə ki, düz bir əsr əvvəl, 1914-cü ildə, Binəqədidə ilk elektrik yarımstansiyası tikilərək istifadəyə verilib. Ağır əl əməyi ilə inşa edilən yarımtsansiya binası günümüzədək ayaqda qalıb və əsaslı yenidənqurma işlərindən sonra indi artıq «Yarımstansiya-muzey» kimi tanınır. Yarımstansiya binasının tikintisi o zamanlar Binəqədi kəndində neft çıxarılması ilə bağlı olub. Belə ki, neft sənayesi Bakının enerji təchizatına da böyük təsir göstərib.

Tələbə və müəllimlər muzey binası və eksponatlarla tanışlıqdan sonra bu tipli tədbirlərin həm tarixi, həm nəzəri, həm də müqayisə baxımından faydalı olduğunu bildiriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024