Azərbaycanın nümayəndə heyəti Soçidə Beynəlxalq festivalda
Tarix: 20-10-2017 | Saat: 11:23
Bölmə:Gündəm | çapa göndər
Festivalın şüarı: "Sülh, həmrəylik, sosial ədalət, biz imperializmə qarşı mübarizə aparırıq-keçmişimizə hörmət edərək gələcəyimizi inşa edirik" olub.
Azərbaycanın nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr festivalında iştirak edib.
"İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov qeyd edib ki, erməni gənclər festival çərçivəsində keçirilən sərgidə Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan ərazisi olduğunu göstərən broşürlar nümayiş etdiriblər. Festival çərçivəsində təxribatı hiss edən Azərbaycan nümayəndə heyəti nümayişdən əvvəl xüsusi bəyanatla çıxış edib və forum iştirakçılarına məlumat veriblər. Sədr onu da qeyd edib ki, ermənilərin təxribatının qarşısı alınması məqsədi ilə Azərbaycan nümayəndə heyəti razılıq əldə edərək 18 oktyabr Dövlət Müstəqillik gününün festivalda qeyd olunmasına nail olubdur. Müstəqillik günümüzdə Dağlıq Qarabağ və onun ruhunu, Azərbaycanı əks etdirən çıxışlar olub, Azərbaycanın milli musiqiləri, həmçinin "Sarı gəlin” ifa olunub. Həmçinin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu sübut edən materiallar paylanılıb, iştirakçılara bəyanat nüsxələri verilib, Azərbaycan mətbəxinin zənginliklərini əks etdirən –şəkərbura, paxlava kimi milli mətbəximizin nümunələri öz əksini tapıb. M. Seyidov bildirib ki, əlavə olaraq tərəfimizdən sosial şəbəkələrdə festival iştirakçıları xüsusi məlumatlandırma həştagları müəyyənləşdiriblər.
Festivalda Azərbaycan xüsusi stendlə iştirak edib. Stenddə Azərbaycan haqqında qeyd edilən məlumatlar yüksək diqqətə səbəb olubdur. Forumda Azərbaycan stendinə, sərgi yerinə yaxınlaşan şəxslərə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, Azərbaycanın dövlət gənclər siyasəti haqqında məlumatlar çatdırılıbdır.
XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalının açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Sergey Lavrov, eyni zamanda Rusiya və xarici ölkələrin rəsmiləri iştirak edirlər.
Festivalda "İrəli” İctimai Birliyinin, həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndə heyəti iştirak edir.
XIX Ümumdünya gənclər və tələbə festivalı Soçi şəhərində 14-22 oktyabr tarixlərində keçirilir və dünyanın 150 ölkəsindən, müxtəlif sahələrdən 20 mindən çox gənc mütəxəssisi öz ətrafında toplayacaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər