Mobil versiya
Mirqafar Seyidov əməliyyat müşavirəsi keçirdi
Tarix: 19-10-2017 | Saat: 18:24
Bölmə:Gündəm | çapa göndər

Mirqafar Seyidov əməliyyat müşavirəsi keçirdi


Bakı Şəhər Baş Polis İdarəsində 2017-cı ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

İdarədən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, respublikada prezident İlham Əliyev tərəfindən aparılan hüquqi dövlət quruculuğu prosesi 2017-ci ilin 9 ayı ərzində də uğurla davam etdirilib, ölkədə insan hüquq və azadlıqlarının qorunması təmin edilib.

Müşavirə iştirakçılarına 2017-ci ilin 9 ayı ərzində paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə təqdim edilib. Məruzədə qeyd olunub ki, 2017-ci ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının istintaq qurumlarının icraatında olan cinayət işlərinin sayı 2,0% azalaraq 10.858 (-218) iş olub. İstintaqı tamamlanmış 3.422 (-177) cinayət işindən 74,6%-i (-81, 2.553-ü) baxılması üçün məhkəmələrə göndərilib, 25,4%-nin (-96, 869) icraatına xitam verilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 82,0%-i (+13,4%) ödətdirilib.

Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 680 (882) müvafiq müraciətdən 495-nin (517) icrası təmin olunub.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən IV İslam Həmrəyli Oyunları və «2017 Formula-1 üzrə Avropa Qran Pri» yarışlarında asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb.

Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edərək mövcud nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran Baş İdarənin rəisi Mirqafar Seyidov 2017-ci ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024