Mobil versiya
Reklamlarla bağlı yeni qaydalar hazırlanır
Tarix: 19-10-2017 | Saat: 16:49
Bölmə:Gündəm | çapa göndər

Reklamlarla bağlı yeni qaydalar hazırlanır


Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq ediləcək.
Modern.az-ın məlumatına görə, bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, 26.1. Açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam qurğuları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğuları tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir.
Qanunun 26.2.2-ci maddəsi yeni redaksiyada təklif edilir.
26.2-2. Açıq məkanda reklamın yerləşdirilməsinə icazə almaq üçün reklam yayıcısı, həmçinin:
26.2-2.1 reklam yerləşdirəcək reklam daşıyıcısın sahibi və ya reklam daşıyıcısının yerləşdirəcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır;
26.2-2.2 reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerlşdiriləcəyi təqdirdə həmin əmlakın istifadəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir.
Həmçinin “Reklam haqqında” qanuna yeni 26.2-3-cü maddə əlavə edilir.
Yeni maddəyə əsasən, 26.2-3. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024