Mobil versiya
Azay Quliyevdən “Azadlıq” qəzetinə konkret və tutarlı cavab!
Tarix: 17-10-2017 | Saat: 17:53
Bölmə:Siyasət | çapa göndər

Azay Quliyevdən “Azadlıq” qəzetinə konkret və tutarlı cavab!


Elməddin Behbud,
QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat katibi


Məlum olduğu kimi, dünən 4 mühüm beynəlxalq təşkilatın seçki müşahidə missiyası Qırğızıstanda keçirilən prezident seçkilərinin yekununa dair ilkin rəyini açıqladı. 400 nəfərlik müşahidəçi korpusun koordinatoru olan azərbaycanlı deputat, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev keçirdiyi mətbuat konfransı ilə dünya mediasının diqqətini həm də müsbət mənada Azərbaycana çəkmiş oldu.
Azay Quliyev yüksək peşəkarlıqla hazırlanmış Bəyanatı səlis şəkildə, xüsusi diplomatik məharətlə canlı yayımda ictimaiyyətin diqqətinə çatdırdı. Bunlar öz yerində.

Dünya mediasının bu mühüm toplantını necə işıqlandırması onların internet saytlarına baxmaqla görə bilərsiniz. Ancaq əlbəttəki iş bununla bitmir, çünki bizdən olub bizə düşmən kəsilən məlum yarımmillətə ayı xidməti göstərənlərimiz hər dəfə hökmən olmalıdır...

"Azadlıq” qəzeti kəmfürsətlik edib tələm-tələsik şəkildə hay-küy salıb, sevincək xəbər verir ki, "Qırğızıstan prezidenti Azay Quliyevi sözünü geri götürməyə məcbur etdi".

Əslində isə Qırğızıstan mətbuatı Azay Quliyev bəyanatındakı "self-sensorship" sözünün tərcüməsində yalnışlığa yol verib. Hazırkı prezident Atanbayevlə görüşdə ATƏT-ın xüsusı kordinatoru Azay Quliyev məsələni bir daha izah edib. Bundan sonra Atanbayev ölkə mediasına səhvini düzəltməyi tövsiyə edərək müşahidə missiyasının rəhbərinə fəaliyyətinə görə təşəkkürunu bildirib. Bu qədər sadə və aydın bir məsələ!

Qarayaxma, yalan, qərəz və öz gözündə tiri görməyib özgə ünvanlarda tük axtarmaqla yalnız yerin dibinə batmaq, özünü rəzil etmək olar, başqa heç nə...
Azay Quliyev özü də Facebook-da bu haqda yazıb: "Atambayevin "özünəsenzuru" səhvən KİV-ə "senzur" kimi təqdim etməsinə etdiyim düzəlişlə razılaşmasını "fake" qəzetlər təhrifcəsinə manşet edib”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024