Mobil versiya
Baş prokurorun qəbul vaxtı dəyişdirildi
Tarix: 17-10-2017 | Saat: 17:50
Bölmə:Gündəm | çapa göndər

Baş prokurorun qəbul vaxtı dəyişdirildi



Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralovun cari il oktyabrın 20-də saat 10:00-da Sabirabad rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarında yaşayan vətəndaşların nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilərək oktyabrın 27-nə saat 10:00-a keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən aia.az–a verilən xəbərə görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sabirabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5379 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2020
{sape_links}{sape_article}