Zakir Həsənov Tbilisidə Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü
Tarix: 17-10-2017 | Saat: 11:47
Bölmə:Siyasət / Manşet | çapa göndər
Oktyabrın 17-də Tbilisi şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Baş Qərargah rəisi ordu generalı Hulusi Akar arasında görüş keçirilib.
aia.az-ın məlumatına görə, müdafiə sahəsində mövcud əməkdaşlığın daim inkişaf etdiyini vurğulayan tərəflər iki ölkə arasında qarşılıqlı etimada əsaslanan hərbi əlaqələrin bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığını qeyd ediblər.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyi qeyd olunan görüşdə terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq hərbi əməkdaşlığın inkişaf etdirilməsi və bu məsələlərdə qarşılıqlı dəstəyin vacib olduğu bir daha vurğulanıb.
Cənubi Qafqazda sabitliyin, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin edilməsində hər iki ölkənin Silahlı Qüvvələrinin rolunun əhəmiyyətli olduğu bildirilib. İkitərəfli hərbi əlaqələrin möhkəmlənməsi və təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, iki ölkə arasında keçirilən hərbi təlimlərə Gürcüstanın da cəlb olunmasının əhəmiyyəti vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
10:34 Dünya Bakıda toplaşıb !
13-11-2024