Mobil versiya
Yeni ictimai birlik fəaliyyətə başladı
Tarix: 13-10-2017 | Saat: 19:25
Bölmə:Gündəm | çapa göndər

Yeni ictimai birlik fəaliyyətə başladı


Aktiv ictimai fəaliyyətlə məşğul olmağı qarşısına məqsəd qoymuş daha bir yeni təşkilat yaradılıb.

aia.az xəbər verir ki, bu yeni təşkilatın adı isə "Sabaha İnam" İctimai Birliyidir. İctimai birliyin sədri Vüsal Əliyev, təsisçilər isə Qüdrət Əliyev və Bəxtiyar Nəsirovdur. Bununla bağlı Azərbaycan Milli QHT Forumunun binasında "Sabaha İnam" Sosial İnkişaf İctimai Birliyinin təqdimatı olub.
Təşkilatın sədri Vüsal Əliyevin sözlərinə görə, birliyin məqsədi əhalinin, xüsusilə qaçqın və məcburi köçkünlərin sosial inkişafına kömək etməkdən, bir sıra məsələlərdə maarifləndirmə işlərinin aparılmasından ibarətdir. O bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, bu istiqamətdə gənclərimizə də dəstək olsun.

Tədbirdə bildirilib ki, yeni birliyin əsas məqsədi və hədəfi Azərbaycanda yaşayan həssas qrupların, aztəminatlı ailələrin, kimsəsiz uşaqların, qaçqın və məcburi köçkünlərin problemlərinin həllində, sosial inkişafının təmin edilməsində aktiv iştirak etmək və həmçinin də turizm, təhsil, kənd təsərrüfatı kimi sosial əhəmiyyətliliyi böyük olan digər sahələrdə təşviq edici bütün layihələrdə rol almaqdır, həmçinin gənclərin müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsinə yardım etməkdir. Tədbirdə qeyd olunub ki, "Sabaha İnam" Sosial İnkişaf İctimai Birlik iyun ayında Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

O da bildirilib ki, "Sabaha İnam” Sosial İnkişaf İB gənc və potensial vəd edən ictimai aktivliyi olanları öz ətrafına toplaya bilib. Çıxış edənlər bildiriblər ki, istər təsisçilər, sədr və istərsə də idarə heyətinin üzvləri olaraq cavan bir heyətdən ibarətdir. Təhsil və sosial fəaliyyətlərlə bağlı təcrübəsi çox olan bu insanların rəhbərliyi altında təşkilatın gələcəyi dinamik və enerjili fəaliyyət vəd edir.

O da qeyd olunub ki, artıq bir neçə sosial layihənin həyata keçirilməsi planlaşdırılır. Təşkilat üzvləri ilkin olaraq öz hesablarına bəzi layihələri həyata keçirməyə hazırlaşırlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024