Ləhcə ilə danışanlar cərimə olunacaq? - Dilçilik İnstitutundan AÇIQLAMA
Tarix: 13-10-2017 | Saat: 19:14
Bölmə:Gündəm | çapa göndər
"Ədəbi dil pozuntularına qarşı tətbiq ediləcək cərimələrin miqdarı müəyyənləşdirilir".
aia.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.
O bildirib ki, cərimələr layihə şəklində müəyyən edildikdən sonra AMEA Rəyasət Heyətinin iclasında müzakirə ediləcək və müzakirənin nəticəsinə uyğun olaraq təsdiqlənməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim olunacaq.
Şöbə müdiri qeyd edib ki, cərimələrin əsasən hüquqi şəxslərə şamil olunması nəzərdə tutulur: "Tutaq ki, küçədə və ya ictimai nəqliyyatda iki nəfər ləhcə ilə danışırsa, onlar cərimə oluna bilməz. Məişət şəraitində fiziki şəxslərdən ədəbi dil qaydalarına riayət etmələri tələb oluna bilməz. Cərimələr əsasən televiziya-radio proqramları, reklam çarxları, reklam lövhələrindəki dil pozuntularına qarşı tətbiq ediləcək. Hesab edirik ki, cərimələrin tətbiqi ümumi işin faydasına olacaq".
Qeyd edək ki, bir müddət əvvəl ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün cərimələrin tətbiq edilməsi təklif edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-11-2024