Rəfsəncani: Nüvə təhlükəsi barədə fikir İranı tərk etməyib
Tarix: 29-10-2015 | Saat: 13:44
Bölmə:Siyasət / Karusel | çapa göndər
“Nüvə proqramının məqsədləri həmişə dinc olub”.
İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani etiraf edib ki, onun ölkəsi 1980-ci illərdə nüvə silahı yaratmağa hazırlaşırdı, Oxu.Az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Biz bu işə başlayanda müharibə aparırdıq və düşmənin nüvə silahı tətbiq edəcəyi günə hazır olmaq üçün imkanlara (nüvə) malik olmaq istəyirdik. Biz o zaman belə düşünürdük, amma niyyətlər həyata keçmədi”, - Rəfsəncani Səddam İraqı ilə qarşıdurmadan danışıb.
O, qeyd edib ki, nüvə proqramının əsas məqsədləri hər zaman dinc olub, amma Tehranın düşmənləri tərəfindən mümkün nüvə təhlükəsi haqqında fikir onun yaradıcılarını heç bir zaman tərk etməyib.
Sabiq prezident etiraf edib ki, Pakistana gedib və ölkənin nüvə proqramının müəlliflərindən biri Abdul Qədir Xan ilə görüşə can atıb, amma danışıqlar baş tutmayıb.
İyulun ortasında İran və “altılıq” Tehranın nüvə proqramı üzrə razılıq əldə ediblər. Razılaşmaya müvafiq olaraq, İslam Respublikası beş il ərzində Uranı 3,67 faizdən artıq zənginləşdirməyəcək və “Fordo” zavodlarını texnoloji mərkəzə çevirəcək. Bunun müqabilində Tehrana qarşı sanksiyalar ləğv ediləcək.
İran öz öhdəliklərini yerinə yetirmədiyi halda məhdudiyyət tədbirləri yenidən həyata keçirilə bilər.
Beynəlxalq ictimaiyyət İranın zənginləşdirilmiş Uranı hərbi məqsədlərlə istifadə edə biləcəyindən narahat idi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024