Mobil versiya
Beynəlxalq Qızlar Günü - Bu, kişilərə qarşı ədalətsizlik deyil
Tarix: 11-10-2017 | Saat: 12:45
Bölmə:Gündəm / Manşet | çapa göndər

Beynəlxalq Qızlar Günü - Bu, kişilərə qarşı ədalətsizlik deyil


Bu gün - 12 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar Günü kimi qeyd edilir. Əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

Modern. az saytı beynəlxalq qızlar gününün cəmiyyətə əhəmiyyətini öyrənməyə çalışıb.

Beynəlxalq qızlar günün müdafiəsi ilə bağlı 2012-ci ildə Kanada kimi ölkələrdən belə bir təşəbbüs irəli sürülüb. Daha sonra BMT-yə üzv olan ölkələr bu günü qeyd etməyə başlayıblar. Bu günün hər il ayrı-ayrı mövzusu olur. Bir il bir problemə, növbəti il başqa bir problemə həsr olunur. Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında konvensiya var. Konvensiyada gender bərabərliyi o cümlədən, oğlan və qız uşaqları üçün də xüsusi maddə əlavə olunub ki, uşaqların hüquqları qorunmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bu günün özəlliklərindən danışıb.

“Dünyada lokal şəraitdə müharibələr gedir. Ölkələr arasında hərbi münaqişələr aparılır. Bunların təsiri daha çox qız uşaqlarına dəyir. Məsələn, Suriyada, Əfqanıstanda baş verənləri misal çəkmək olar. Qızlar məktəbdən yayınırlar, erkən yaşda ərə verilirlər, insan alverinə məruz qalırlar. Bunlar dünyada gedən proseslərdir. Azərbaycan şükürlər olsun ki, bu cür hallardan uzaqdır. Eyni zamanda, Azərbaycanda da erkən nikahlar, təhsildən yayınma hallarına rast gəlmək olur".

Aynur Veysəlova, belə günlərin təşkil olunmasının kişilərə qarşı ədalətsiz olmadığını düşünür.

“Beynəlxalq qadınlar günü və qızlar gününün olması əslində, kişilərə qarşı ədalətsizlik demək deyil. Məsələnin görünməyən tərəfi ondan ibarətdir ki, bütün işlərin ağırlığı qadınların üzərinə düşür. Qadın həm də anadır. Sağlam ana həm dünyagörüşlü ailə, həm də təhsilli cəmiyyət deməkdi. Bunların kökündə ana dayanır. Dünyada da daha çox qorunmağa ehtiyacı olan qadınlardır”

Deputat Elmira Axundova belə bir günün keçirilməsini alqışladığını deyib.

“Belə bir günün keçirilməsi çox yaxşı haldır. Dünyada qadınlar çətinliklərlə tez-tez üzləşir. Qadınların hüquqları pozulur. Düzdür, beynəlxalq qadınlar günümüz var ki, hər il qeyd edirik. Xoş sözlər, təbriklər eşidirik. Üstəlik, qızlar günü qeyd olunursa, buna ancaq sevinmək olar. Nə xoş ki, qadınlarımız, qızlarımız sevgi ilə xatırlanır. Dünyada belə bir günün təşkil olunmasına səy göstərilirsə, deməli, qızlar hər zaman qorunur. Belə bir gündə ancaq təbriklərə qoşulub “Bayramınız mübarək, qızlar” demək olar”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024