Mobil versiya
Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Tarix: 11-10-2017 | Saat: 11:37
Bölmə:Gündəm | çapa göndər

Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib


İnsan alveri ilə məşğul olan cinayətkarlar yalançı nikahlardan da istifadə edirlər.
Bu fikirlər"Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi tərəfindən Xaçmaz rayonunda insan alveri ilə bağlı təşkil olunan maarifləndirmə tədbirində səsləndirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” layihəsi çərçivəsində baş tutub.



Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyətinin ictimai-siyasivə hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Şıxəliyeva rayonda insan alveri ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verərək, bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə aparılan əməkdaşlığı yüksək qiymətləndirib. Bu istiqamətdə müxtəlif qurumların birgə fəaliyyətinin vacib olduğunu bildirib.

"Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova "Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” layihəsi haqqında geniş məlumat verərək bildirib ki, insan alveri ilə bağlı maarifləndirmə fəaliyyəti çərçivəsindən müxtəlif aksiyalar keçirilib, bukletlər, yaddaş kitabçaları hazırlanıb və eyni zamanda hüquqi yardımlar göstərilib. Təşkilat rəhbəri insan alveri haqqında geniş məlumat verərək, onun potensial qurbanları və həyata keçirilmə yolları haqqında məlumat verib.



Gülayə Səfərova insan alverinin qurbanı olmuş şəxslərin həyat hekayələri haqqında bəzi məqamları görüş iştirakçılarına çatdırmaqla, insan alveri ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların həyata keçirdiyi müxtəlif metodlar haqqında geniş informasiya verib. Bu prosesdə yalançı evliliklər istifadə olunaraq "həyat yoldaşı” tərəfindən xanımının cinsi istismara cəlb olunduğu haqqında faktların da mövcud olduğu bildirilib.
Ekspert qeyd edib ki, əksər hallarda insan alverinin qurbanları öz qohumları, qonşuları və rəfiqələri tərəfində tora salınır. Çünki bu prosesdə psixoloji məqamlar əsas rol oynayır. Bununla yanaşı təşkilat tərəfindən hazırlanmış insan alevri ilə bağlı Yaddaş kitabçaları iştirakçılara təqdim olunub.

Təşkilat rəhbəri əlavə edib ki, insan alveri dedikdə cinsi istismar ilə yanaşı məcburi əməyə cəlb edilmə də başa düşülür. Bununla da bağlı Azərbaycanda faktlar mövcuddur.


Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı polis leytenantı Emin Nəhmətov rayonda bu istiqamətə görülən tədbirlərdən danışıb və qeyd edib ki, insan alverinə qarşı mübarizə dövlət qurumları ilə yanaşı hər bir vətəndaşın dəstəyi həll edici və mühümdür.
Daha sonra görüş iştirakçılarını maraqlandıran məsələlər ilə bağlı əlavə informasiya verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024