Mobil versiya
Tahir Kərimlidən Xeyrəddin Qocaya CAVAB: “Özü haqda fikirlərimi alt-üst etdi”
Tarix: 10-10-2017 | Saat: 18:42
Bölmə:Siyasət | çapa göndər

Tahir Kərimlidən Xeyrəddin Qocaya CAVAB: “Özü haqda fikirlərimi alt-üst etdi”




Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Xeyrəddin Qoca deputat Tahir Kərimlinin ünvanına bəzi ittihamlar səsləndirib: "Tahir Kərimli vaxtilə verdiyi bir müsahibədə demişdi ki, heç zaman rüşvət almayıb. Mən də inanmışdım və daxilimdə heyran olmuşdum, Ali Məhkəmənin sədri olasan, rüşvət almayasan... İndi isə külli miqdarda rüşvət aldığını etiraf edir... Bir də Milli Məclisdə qəzəblə və qışqıra-qışqıra deyirdi ki, Heydər Əliyev heç zaman hakimiyyətə gəlməməlidir! Heydər Əliyev də həmin iclasda idi...".

Məsələ ilə bağlı Modern.az-a danışan millət vəkili Tahir Kərimli, Xeyrəddin Qocanın bu fikirlərini təəssüflə oxuduğunu deyib:

“Bir neçə gün öncə “Space” televiziyasında Orxan Fikrətoğlunun verilişində çıxışından əvvəl onu çox yaxşı bir insan kimi tanımışdım. Ancaq mənim haqqımda bu cür danışmağı bütün fikirlərimi alt-üst etdi.
Mən istər o zaman, istərsə də indi dediyim sözlərin heç birindən imtina etmirəm. Həm o zaman, həm də indi düz bildiklərimi danışıram. Çıxışlarımın heç birində deməmişəm ki, Ali Məhkəmədə işləyən zaman külli miqdarda rüşvət almışam. Hətta mənim ən qatı düşmənlərim belə, deyə bilməz ki, Tahir Kərimli Ali Məhkəmədə işlədiyi zaman hər hansı formada rüşvət alıb. Belə şey olmayıb, ola da bilməz”.


Millət vəkili bildirib ki, Xeyrəddin Qocanın onun haqqındakı fikirləri həqiqət deyil.

“Əgər Xeyrəddin Qoca mənim verdiyim müsahibəni diqqətlə oxusaydı, fərqli rəy bildirərdi. Müsahibədə “ANS-in yaradıcısı mərhum Çingiz Mustafayev mənə təklif etdi ki, “sizi ən radikal kommunistlə qarşılaşdırmaq istəyirəm”. Kimliyini demədi, məni apardı Kommunist Partiyasının katibi, mərhum Ramiz Əhmədovun evinə. Evində olan zaman mənə sual verdilər ki, “sən rüşvət almısanmı?”, mən də bildirdim ki, rüşvət almışam” demişəm. Bununla bağlı mənə çoxlu məktublar gəldi ki, niyə belə dedin, biz səni təmiz bilirik. Həmin müsahibədə də dedim ki, hamının rüşvət aldığı bir dövrdə, rejimdə, necə bildirəsən ki, rüşvət almamısan,bu düzgün olmaz axı. Özümün rüşvətxor rejimə qarşı mübarizə apardığım bir dövrdə həmin sistemi necə təmiz çıxara bilərəm? Bunun nə fərqi var ki, mən almamışam, işçilərim alıb, mən də ona görə səmimi olaraq etiraf etmişəm. Burada söhbət sovet dövründən gedir. Müsahibədə onu da demişəm ki, heç kim deyə bilməz ki, Tahir Kərimli işlədiyi dövrdə ləl-cavahirat toplayıb, özünə ev tikib, bahalı maşın alıb. Mənim nəyim olubsa, Qarabağ cəbhəsinə yardım etmişəm.

Təəssüf edirəm ki, mənə qarşı belə bir fikir oyadılıb. Ola bilər ki, keçmişdə mən siyasəti yaxşı başa düşməmişəm, nə isə səsləndirmişəm. Amma mən o vaxt da, indi də səmimiyəm”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024