Etnoqrafiya İnstitutu direktorunun kabinetində görünməmiş qalmaqal - İDDİA
Tarix: 06-10-2017 | Saat: 21:30
Bölmə:Gündəm / Manşet | çapa göndər
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda görünməmiş qalmaqal yaşanıb. Belə ki, institutun Həmkarlar Təşkilatının sədri Abuzər Ələkbərovun əsassız iddiaları nəticəsində institutun Elmi Şurasının iclası pozulmuş, EŞ-nin üzvləri etiraz əlaməti olaraq iclası tərk etmişlər. Bu barədə «Təzadlar»a AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Museyibli özü məlumat verib.
Bəs institutda, ümumiyyətlə, nə baş verir? Bugünkü hadisənin səbəbkarı olan Abuzər Ələkbərov kimdir, niyə direktor Maisə Rəhimova onu bu qədər başa çıxarıb ki, o, Elmi Şuranın iclasını belə pozur, qalmaqal yaradır, alimlərə hörmətsizlik edir?
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Museyibli «Təzadlar»a geniş müsahibə verdi:
Etnoqrafiya İnstitutu direktorunun kabinetində görünməmiş qalmaqal-YENİLƏNDİ
-Nəcəf müəllim, bu gün institutda nə baş verib?
-Mən mətbuat üçün rəsmi qaydada açıqlama verərəkbildirirəm ki, bizim institutda keçmiş səhiyyə naziri, 2005-ci ildə dövlət çevrilişinə cəhd cinayəti ilə tutularaq hələ də həbsdə olan Əli İnsanovun mafiya üzvü Abuzər Ələkbərov institutda at oynadır, direktor isə ona «gözün üstə qaşın var» deyə bilmir. O, institutun direktoru Maisə Rəhimovanı da ələ alıb, istədiyini edir.
- Abuzər Ələkbərov nə işə baxır, kimdir o?
-Abuzər Ələkbərov, əslində, institutda sektor müdiri olsa da, heç bir işə baxmır. O, həm də institut Həmkarlar Təşkilatının 20 ildir sədridir. Həmin vəzifəni də saxta yolla mənimsəyib. Belə ki, neçə illərdir təşkilatın heç bir umumi iclasını qanuni əsaslarla, hamının iştirakı ilə keçirməyib. Bu ilin sentyabrın 27-də də ümumi iclas keçirdi, sədr seçkisi ilə bağlı. Təsəvvür edirsinizmi, 250 nəfər üzvü olan təşkilatın ümumi iclası direktor Maisə Rəhimovanın kabinetində keçirilirdi. Axı həmkarların ümumi iclası direktorun kabinetində necə keçirilə bilərdi? Qanunla iclasda yetərsay olması üçün üzvlərin üçdəikisi iştirak etməli idi. İclasda isə cəmi 51 nəfər olmuşdu. Sonra AMEA rəhbərliynə hesabatın protokolunu göndərdi, həm də AMEA-nın Həmkarlar Komitəsinin sədrinə də saxta məlumat verdi ki, o, yenidən sədr seçildi. Belə yalan məlumatlarla hər il özünü həmkarın sədri kimi təsdiqlətdirir. Həmin iclasların birində AMEA-nın Həmkarlar Komitəsindən nümayəndə olsa, bunları görər. Amma direktor hər şeyi Abuzər Ələkbərovun istəyi üzrə yoluna qoyur. 20 il ardıcıl olaraq bir institutda həmkarların necə sədri olmaq mümkündür? Başqa namizəd yoxdurmu? İnstitutun direktoru Maisə Rəhimova da onu dəstəkləyir. Bu gün isə görünməmiş hadisə oldu. Elmi Şuranın iclası pozuldu, hamı direktorun kabinetini tərk etdi.
-Bu gün hansı məsələ müzakirə edilirdi ki, belə qalmaqal yaşanıb?
-Bu gün tarix üzrə fəlsəfə doktoru olan cavan alim Anar Ağalarzadənin Fransadakı tarix muzeyindən Azərbaycana aid elmi məlumatlar əsasında yazdığı elmi əsərin müzakirəsi idi… Abuzər Ələkbərov isə hamıya hörmətsizlik nümayiş etdirərək bu müzakirəni açıq şəkildə pozmağa çalışırdı və buna da nail oldu.
-Niyə, məqsədi nə idi?
-Abuzər Ələkbərov tələb edir ki, bu əsər onun da müəllifliyi ilə olmalı imiş. Bununla da belə bir gənc alimin işinə badalaq vurmağa çalışırdı… Guya həmin kitabın çapı zamanı ondan icazə alınmalı imiş. Halbuki Anar Ağalarzadə Fransaya rəsmi qaydada dəvət alıb, gedib orada çalışıb. Bugünkü Elmi Şuranın iclasının gedişində isə direktor şərait yaratdı ki, bəziləri çıxış edərək Abuzər Ələkbərovun ürəyindən keçənləri desin, Anar Ağalarzadənin əleyhinə danışsınlar. İclasda məlum oldu ki, gənc alimin əleyhinə köklənmiş alimlər elə Abuzər Ələkbərovun hazırladığı və əvvəlcədən öyrətdiyi adamlardır… Mən də Abuzər Ələkbərova sual verdim ki, əgər sən bu layihənin rəhbəri idinsə, niyə ötən 5-6 ildə bir-iki vərəq elmi məqalə yazmamısan? Halbuki XIX əsrin sonlarında həvəskar fransız arxeoloq Jak De Morqan və onun qardaşı Henri Morqan Lerikdə arxeoloji kəşfiyyat aparıblar. Həmin işlərin nəticəsi olaraq son Tunc və İlk Dəmir dövrünə aid daş qutu qəbirlər və xeyli miqdarda arxeoloji materiallar üzə çıxarılıb. Tapılan materiallar, o cümlədən keramika məmulatları, bəzək əşyaları, silahlar və s. Fransaya aparılıb və hazırda Sen-Jermen muzeyində mühafizə olunmaqdadır. Bu işi indi həyata keçirməyə çalışan gənc alim cənub ekspedisiyası üzrə elmi iş yazırsa, araşdırma aparırsa, bunu niyə istəmirsən? Mən Abuzər Ələkbərovdan dəfələrlə soruşmuşam ki, bu gənc alimdən nə istəyirsən, cavab verə bilmir. Özü Cənub ekspedisiyasının guya rəhbəridir, amma saxta sənədlər tərtib edib başını dolandırmaqla məşğuldur, ortada heç bir işi yoxdur. Bildiyiniz kimi, bir müddət əvvəl orada qazıntı aprılaraq tapılmış qiymətli əşyalar oğurlanmışdı, istintaq hələ də davam edir. Amma bu işdə günahkarlar bəllidir, lakin cəzalandırılmırlar… Bu adam vaxtilə Əli İnsanovun dövlət çevrilişində iştirak edən Arzu Ələkbərovanın əridir. Belə çıxır ki, institutda kimlərsə bu amili nəzərə alıb ona Əli İnsanovun xətrinə dəstək verirlər…
-Bəs direktor Maisə Rəhimova belə intriqaya niyə əncam çəkmir?
-Direktor Elmi Şuranın sədridir. Hər halda o, hər şeyi bilir və ondan tələb etdik ki, adi bir məsələnin gündəliyə salınması saatyarım müzakirə edilə bilməz, qoy məsələni səsə qoyub qərar qəbul edilsin. Amma Abuzər Ələkbərov tələb edirdi ki, yox, bu məsələ səsə qoyula bilməz və s. Direktor da onu müdafiə etdi… Və nəticədə məsələ Elmi Şuranın iclasının müzakirəsinə çıxarılmaqdan süni surətdə kənar edildi. İclasın iştirakçıları da etiraz əlaməti olaraq iclası tərk etdilər. Bu indiyədək görünməmiş bir qalmaqallı hadisə idi… Onu deyim ki, direktorla Abuzər Ələkbərovun yaxın münasibətlərini hamı bilirdi, amma daha bu qədərini yox. İnanırıq ki, AMEA rəhbərliyi bu məsələyə dair qəti sözünü deyəcək.
-Maraqlı açıqlamaya görə təşəkkür edirik. \\tezadlar.az\\
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər