Mobil versiya
Avropa demokratiyasının beşiyi avrozonadan çıxmağa hazırlaşır.
Tarix: 28-06-2015 | Saat: 13:17
Bölmə:Şou-biznes / Karusel | çapa göndər



Yunanıstan parlamenti hökumətin beynəlxalq kreditorlara olan borcları ilə əlaqədar ölkədə referendum keçirilməsinə razılıq verib. Ölkə müxalifəti baş nazir Aleksis Tsiprasın bu təklifinə qarşı çıxsa da, təklif səsvermə ilə qəbul olunub. Qərara əsasən, referendum iyulun 5-də keçiriləcək.

Müxalifət isə baş nazirin təklifini konstitusiyaya zidd hesab edib. Yunanıstan müxalifətinin lideri, "Yeni Demokratiya" partiyasının rəhbəri Antonis Samaras isə referendum keçirmək qərarının dəstəklənməsini pisləyib. Keçmiş baş nazir bunun intihara bərabər olduğunu, təklifi edən baş nazir Aleksis Tsiprasın hakimiyyətdən getməli olduğunu deyib.

"Bu referendum baş tutmamalıdır, amma bu, baş verir. Biz hər hansı razılaşmanın əleyhinə deyil, düz səs verəcəyik. Biz ölkəmizin avrozonada qalması üçün səs verəcəyik. Çünki iqtidarın təklif etdiyi "xeyr" cavabı avrodan və Avropadan çıxmağa bərabərdir. Gəlin səhv buraxmayaq: bu "xeyr" cavabı intihara bərabərdir", - deyə parlamentdə çıxış edən Yunanıstan müxalifətinin lideri Antonis Samaras bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2024