Mobil versiya
Oqtay Əsədov: "Azərbaycan-Ukrayna əlaqələri..."
Tarix: 04-10-2017 | Saat: 11:26
Bölmə:Siyasət / Karusel | çapa göndər

Oqtay Əsədov: "Azərbaycan-Ukrayna əlaqələri..."


Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycana səfərə gələn Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AİA.az-ın məlumatına görə, görüşdə O.Əsədov bildirib ki, ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan və Ukrayna xalqları müstəqillik əldə etdikdən sonra əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib:

"Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, dövlət başçılarının görüşləri, aparılan danışıqlar münasibətlərimizin gələcəyinə böyük ümidlərlə baxmağa imkan verir. Bu gün müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edir. Biz Ukrayna ilə əlaqələrimizin inkişafını xalqlarımızın rifahı naminə hər iki tərəf üçün önəmli hesab edirik”.

Spiker əlavə edib ki, iki ölkə arasında əlaqələrin dərinləşməsində parlamentlər mühüm rol oynaya bilər: "Bu baxımdan deputatlarımızın qarşılıqlı səfərləri və nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşləri, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparmaları təqdirəlayiqdir”.
Ukraynanın xarici işlər naziri P.Klimkin Azərbaycana məsul vəzifədə ilk səfərindən və burada keçirdiyi görüşlərdən razı qaldığını bildirib.
O qeyd edib ki, Ukrayna Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrini dərinləşdirmək niyyətindədir.
Ukraynalı nazir bu sahədə parlamentlərin rolunun əhəmiyyətini vurğulayaraq, qanunvericilik orqanları arasında münasibətlərin genişlənməsini önəmli hesab etdiyini bildirib. Onun fikrincə, bu, əlaqələrin inkişafı baxımından həyatın digər sahələrinə də öz müsbət təsirini göstərər.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında söhbətlər aparılıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024