Hacı İbrahimdən ETİRAF: ““Xəzər adaları” projesini reallaşdıra bilmirik”
Tarix: 04-10-2017 | Saat: 11:24
Bölmə:Gündəm / Manşet | çapa göndər
“Mən bütün çətinliklərə baxmayaraq, Azərbaycanı tərk etmək fikrində deyiləm”.
Bu barədə Modern.az-a “Avesta Konserni” MMC-nin prezidenti, tanınmış və qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) bildirib.
İş adamı bunun səbəbini belə açıqlayıb:
“Bu dəqiqə ən yaxşı, ən stabil bizim ölkədir. Əgər kimsə gedib hansısa ölkəyə investisiya yatırırsa, böyük səhv edir. İstər Avropa olsun, istər Amerika. Mən Azərbaycanı tərk etmək fikrində deyiləm”.
O qeyd edib ki, oktyabrın 1-dən “Avesta Konserni” MMC-də işlər yenidən başlayıb:
“İşlər bir müddət dayanmışdı. Amma yenidən başlamışıq”.
İbrahim Nehrəmli səs-küylü “Xəzər adaları” layihəsinin reallaşmasının hələlik mümkün olmadığını bildirib:
“Çox çalışdım ki, alınsın, amma olmur. İnvestorlar gəlib-gedir, ümid edirəm ki, bir qərara gələcəyik”.
Qeyd edək ki, Hacı İbrahim bundan əvvəl Modern.az-a verdiyi açıqlamada 2016-cı ilin oktyabrın 1-dən etibarən işlərə başlayacağını desə də, bu vaxta qədər hansısa işlər görülməyib.
“Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Ada şəhərcikdə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq).
Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi də planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir..
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024