Mobil versiya
Deputat Kərkük türkmənləri ilə bağlı çağırış edib
Tarix: 02-10-2017 | Saat: 19:16
Bölmə:Siyasət | çapa göndər

Deputat  Kərkük türkmənləri ilə bağlı çağırış edib


Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Kərküklə bağlı çağırış edib.

Bu gün Milli Məclisdə çıxış edən millət vəkili Q. Paşayeva İraqda yaşayan soydaşlarımız, İraq Türkmanlarının daha da gərginləşən, ağırlaşan vəziyyətlərini, Kərkükdə və Kərkük ətrafında gərginləşən vəziyyəti Milli Məclisdə qaldırıb və onlara əlimizdən gələn dəstəyi göstərməliyik deyib: "İraqda soydaşlarımız, İraq Türkmanları çox ağır vəziyyətdədir. İraq Türkmanlarının rəsmiləri, liderlərinin səsini çatdırmaq istəyirəm. Onlar bütün Türk dövlət və toplumlarına çağırış eiblər ki bu ağır vəziyyətdə onlara dəstək göstərsinlər.

Ümumimilli liderimiz Heydər Əliyev onlarla bağlı danışanda demişdi ki, tarixi araşdıranda gördüm ki, biz bir bütünün parçalarıyıq. Yəni o insanlar bizim bir parçamızdır, bizim soydaşlarımızdır , qardaş-bacılarımızdı və bu gün ağır vəziyyətdədirlər və onlara dəstək göstərməyimiz üçün çağırış edirlər. Azərbaycan hər zaman onlara həssas yanaşıb və hesab edirəm ki, istər parlament səviyyəsində, istər parlamentin Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupu səviyyəsində, istər bütün beynəlxalq təşkilat və platformalarda onlara daha çox dəstək verməklə yanaşı gücümüzün çatdığı bütün dəstəkləri, bütün istiqamətlərdə dəstəyi onlara göstərməliyik. Çünki bu gün buna çox ehtiyacları var. Azərbaycan hər zaman İraqda yaşayan soydaşlarımıza əlindən gələn dəstəyi göstərib və inanıram ki, onların çağırışına səs verib bütün platformalarda, bütün imkanlar daxilində onlara dəstək verəcəyik. İraqdakı soydaşlarımza daha çox dəstək verməliyik.

Eyni zamanda həmkarlarımın burada səsləndirdiyi İraqın şimalında keçirilən qeyri-qanunu referendumla bağlı birmənalı və sərt mövqeyimizi ortaya qoymamızın vacibliyini də dəstəkləyirəm."

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024