Ayaz Mütəllibov: “AFFA prezidentinin ölümündən sarsıldım”
Tarix: 02-10-2017 | Saat: 19:13
Bölmə:Siyasət | çapa göndər
“İnsanlarla görüşlərim nadir hallarda baş verir. Çünki mənim yaşıdlarım dünyasını dəyişib. Həyatın qanununa görə, hər birimiz vaxtı çatanda bu dünyanı tərk edəcəyik. Ona görə də mütəmadi şəkildə kiminləsə görüşməyim barədə bir söz deyə bilmirəm. Həm də elə adamlar var ki, onlarla görüşmək istəmirəm. Ürəyimcə olan insanlar sıfıra yaxındır”.
Bunu Modern.az-a açıqlamasında eks-prezident Ayaz Mütəllibov deyib.
O, evdə darıxmadığını da dilə gətirib.
“Günümün çox hissəsi evdə keçir. Darıxmıram. Yazı-pozu ilə məşğul oluram, kitab oxuyuram. Ən yaxın dostlarımdan biri Fuad Musayev (AFFA-nın sabiq prezidenti) olub. Onun dünyasını dəyişməsi mənə çox pis təsir etdi. Sarsıldım. Onunla 1950-ci ildən yaxın olmuşuq”.
Eks-prezident arxivlərə təqdim edəcəyi yazılardan da söz açıb.
“Əlyazmalarım var, amma arxivə heç nə təqdim etməmişəm. Əgər əlyazmalarımı sona çatdıra bilsəm, arxivə vermək olar. Arxivə nəsə vermək barədə hələ ki düşünmürəm. Hər şeyi zamanın ixtiyarına buraxaq. Bu dəqiqə mənim üçün ən önəmli məsələ vətənimdə yaşamağımdır. Bundan xoşbəxt bir şey ola bilməz”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2024