Uşaqların Aşuraya aparılmağı Milli Məclisdə ETİRAZ DOĞURDU
Tarix: 02-10-2017 | Saat: 16:04
Bölmə:Gündəm / Karusel | çapa göndər
[left][/left]
"Azərbaycanda insanlar imam Hüseyn şəhidliyini ağrı-acı ilə qeyd edirlər. Bunlar başa düşüləndir. Mərasimlər keçirilərkən paralellər aparmağa çalışırıq. "İmam Hüseynin müsibəti”, "İsa Məsihin çarmıxı” din və qeyri-din adamlarını düşündürməlidir. Xristian cameəsi zəncirlə, göz yaşlarını bu formada ictimailəşdirib balaca uşaqların həyat yaşantısına çevirirmi? ”.
Bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib. Deputat qeyd edib ki, belə hallar yolverilməzdir.
"Biz hansı dövrdə bu mərasimləri keçiririk? Bir daha deyirəm, Aşura mərasiminin əlehinə olaraq məktəbi, kitabı və kitabxananı qoymuram. Onlar deyirlər ki, məsciddə də kitablar yerləşdirmək olar. Məsciddən, cameədən dövlət idarə olunmaz. Biz bir neçə gün öncə Suriyada dağıntıların altından tapılan 2 yaşlı Həcər və 3 yaşlı Abdullanı gördük. Valideynləri cənnət axtarışı ilə onları xarabazarlıqda qoyublar. Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək. Mərasimlərin bu formasına etiraz edirəm. Bunu inzibati qayda ilə tənzimləmək çətindir. Təhsil və təbliğatla bunun qarşısını almaq olar. Bunu insanlara başa salmaq lazımdır”.
Milli Məclisin sədri Oqtay Əsədov isə Z.Oruca cavab olaraq deyib ki, Azərbaycanda din dövlətdən ayrıdır: "Heç bir məsciddən dövlət idarə olunmur”.(modern.az)
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər