Mobil versiya
Deputat: "İnanırıq ki, Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları tezliklə Azərbaycana təhvil veriləcəklər"
Tarix: 29-09-2017 | Saat: 13:52
Bölmə:Siyasət | çapa göndər

Deputat: "İnanırıq ki, Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları tezliklə Azərbaycana təhvil veriləcəklər"




Bir qrup Türkiyə vətəndaşının Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə səfər edərək oradan Azərbaycana qarşı bəyanatlar səsləndirmələri həm də Türkiyənin özü üçün təhqirdir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, ermənilər tarixən Türkiyə ilə torpaq davası edib və onlar indi də Türkiyəni qondarma "erməni soyqırımı"nda günahlandırırlar: "Ermənilər Xocalı soyqırımını orada yaşayanlar azərbaycanlılar olduğu üçün törətdilər. Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altındakı ərazilərində keçirilən tədbirə qatılmaları həm Azərbaycan, həm də Türkiyə üçün hörmətsizlikdir. Onların bu addımı başa düşülən deyil. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. İnanırıq ki, Türkiyə bu şəxsləri qısa zaman ərzində Azərbaycana təhvil verəcək".

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu çəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024