Mobil versiya
İstefa verən Tağıyevlə bağlı prezidentə müraciət edilib
Tarix: 28-09-2017 | Saat: 11:53
Bölmə:Manşet | çapa göndər

İstefa verən Tağıyevlə bağlı prezidentə müraciət edilib




Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin istefa verməsi rəsmi olaraq təsdiqlənib.

Kollegiyanın Rəyasət Heyətinin üzvü İradə Cavadova “Qafqazinfo”ya bildirib ki, dünən A.Tağıyev səhhətindəki problemlərə görə vəzifəsindən çıxarılması üçün ərizə yazıb: “Azər Tağıyevin səhhətinəki problemlər uzun müddətdir davam edirdi, son 2-3 ayda isə daha da şiddətlənmişdi. İclaslarda da bu hiss olunurdu. Dünən Rəyasət Heyətinin iclası keçirilib və Azər Tağıyevin ərizəsi qəbul edilib. Hazırda onun səlahiyyətlərini müavini Fərhad Nəcəfov icra edir.

Həmçinin iclasda Azər Tağıyevə prezident təqaüdü verilməsi üçün ölkə rəhbəri İlham Əliyevə müraciət ünvanlanıb".

Qaydalara görə, kollegiya sədrliyinə iki dəfədən artıq namizəd olmaq mümkün deyil. A.Tağıyev isə artıq bu 2 şansından istifadə edib. Prosedura uyğun olaraq bu ilin dekabr ayında sədrliyə və Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilməli idi. A.Tağıyevin sədr kimi 2 ay vaxtı qalsa da, o, bu proseduru qabaqlayaraq özü istefa verib.

Dekabrda keçirilən seçkilərdə konfransa seçilən vəkillər hər iki post üçün irəli sürülən namizədlərə səs verərək kimin sədr, kimlərin Heyət üzvü olmasına qərar verəcək.

“Qafqazinfo” Kollegiya ətrafında baş verən daha bir maraqlı məlumat əldə edib. Belə ki, qaydalara görə Vəkillər Kollegiyasının üzvü 1000 nəfəri aşarsa, ikinci bir kollegiya yaradılmalı və ona yeni sədr seçilməlidir. Dünənə kimi A.Tağıyevin sədrlik etdiyi kollegiyanın isə təxminən 900 üzvü var. Tağıyev yeganə kollegiyanın yeganə sədri olması üçün 2 ildən çoxdur ki, vəkilliyə qəbul imtahanını gecikdirib. Çünki bu qəbul imtahanının nəticəsi ölkədə ikinci kollegiyanın yaranmasına səbəb ola bilər. Qəbul imtahanının vaxtı da hazırda ciddi müzakirə mövzusudur. Öncə imtahanın oktyabrın 21-də keçiriləcəyi barədə məlumat yayılsa da, kollegiyanın Rəyasət Heyətinin üzvü, A.Tağıyevin yerinə hazırda yeganə namizəd olan Anar Bağırov bu məlumatı təkzib edib. O, imtahanın vaxtının müəyyən edilmədiyini bildirib.

Murad Əhməd



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024