Mobil versiya
Akif Çovdarov məhkəmədən son söz üçün vaxt istədi
Tarix: 27-09-2017 | Saat: 16:49
Bölmə:Gündəm | çapa göndər

Akif Çovdarov məhkəmədən son söz üçün vaxt istədi


Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor

Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən və günün ikinci yarısında davam etdirilən prosesdə sabiq idarə rəisi Akif Əliyev son sözlə çıxış edib. O da digərləri kimi ittihamı qəbul etməyib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
A.Çovdarova son söz verilsə də, o, hazır olmadığını, gələn prosesdə son söz deyəcəyini bildirib.
Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024