Mobil versiya
Nazirlik qış fəsli ilə bağlı açıqlama verdi
Tarix: 27-09-2017 | Saat: 12:48
Bölmə:Hadisə / Manşet | çapa göndər

Nazirlik qış fəsli ilə bağlı açıqlama verdi




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

AIA.Az-ın məlumatına görə, Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova report-a açıqlamasında deyib ki, qış fəsli haqqında proqnozun verilməsi hələ tezdir: "Fəsillik proqnozları Proqnozlar bürosu verir. Qış fəslinin necə keçəcəyi ilə bağlı indidən məlumat vermək doğru deyil. Qış fəsli ilə bağlı fəsillik proqnoz isə dekabr ayının əvvəlində ictimaiyyətə təqdim olunacaq".

G.Məmmədovanın sözlərinə görə, hazırda payız fəsli ilə bağlı fəsillik proqnoz vermək mümkündür.

Qeyd edək ki, dünən KİV-lərdə bu il Azərbaycanda qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlar yayılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5697 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2020
31-05-2020
{sape_links}{sape_article}