Mobil versiya
Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə minnətdarlıq edib
Tarix: 30-08-2017 | Saat: 22:42
Bölmə:Siyasət | çapa göndər

Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə minnətdarlıq edib









Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi növbəti yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

AIa.Az Trend-ə istinadən bildirir ki, o, bu barədə Türkmənistana səfəri zamanı jurnalistlərə deyib.

Baş nazir yanğınların söndürülməsi ilə bağlı işlərin davam etdiyini vurğulayıb. "Dünən axşam mənə Ukrayna Prezidenti P.Poroşenko zəng elədi və təyyarə göndərməyi təklif etdi. Bildiyimə görə, təyyarə artıq yoldadır və yaxın saatlarda Gürcüstana çatacaq. Bizə həmçinin Azərbaycandan göndərilən helikopter də kömək edəcək. Mən Azərbaycan Prezidentinə həm bu köməyə görə, həm də daha əvvəl onların aviasiyasından istifadə etdiyimizə görə minnətdarlığımı bildirirəm. Fikrimcə, bu cür hadisələr zamanı regional əməkdaşlıq çox vacibdir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə