Mobil versiya
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılıb
Tarix: 22-08-2017 | Saat: 22:36
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılıb






Bakının Xətai rayonunun Sadıqcan Əbilov küçəsində rənglənmə işləri aparılır.

"Azəravtoyol" ASC-dən Aia.Az-a verilən məlumata görə, ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
Bu gün axşam saat 22:00-dan etibarən Sadıqcan Əbilov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
"Azəravtoyol" ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024