Azad Rəhimov: “300 milyon manatdan çox qənaət etmişik”
Tarix: 28-06-2015 | Saat: 12:49
Bölmə:Siyasət | çapa göndər
"Avropa Oyunlarının 100 milyon manatdan az məbləğ sərf olunan açılış və bağlanış mərasimi üçün büdcədən əlavə məbləğ istənilməyib"
APA-nın xəbərinə görə, bunu Rusiyanın TASS agentliyinə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, Avropa Oyunlarının ümumi büdcəsində fərq manatın devalvasiyası nəticəsində meydana gəlib və bu, 134 milyon manat təşkil edib. Lakin arada yaranmış fərqə görə, Maliyyə Nazirliyindən əlavə məbləğ istənilməyib, həmin vəsait büdcəyə qənaət hesabına xərclənib.
A. Rəhimov qeyd edib ki, Avropa Oyunlarının ümumi büdcəsi 960 milyon manat təşkil edib.
"Biz əlavə dəyər vergisi də nəzərə alınmaqla 300 milyon manatdan çox qənaət etmişik", - deyə nazir bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ