Mobil versiya
Bakıda yük maşını evakuatoru belə qəzaya saldı - VİDEO
Tarix: 27-06-2015 | Saat: 17:34
Bölmə:Gündəm / Seçilənlər-3 | çapa göndər


Sonra isə heç nə olmayıbmış kimi yoluna davam edir.

Heydər Əliyev prospektində baş vermiş qəzaya kobud qayda pozuntusu səbəb olub.

Aia.az -ın avtosfer.az-a istinadən məlumatına görə, Heydər Əliyev prospektində köməkçi yolda ikinci zolaqla hərəkət edən yük maşını qəflətən sola dönərək əsas yola çıxıb. Bu zaman birinci zolaqdan əsas yola dönən “Mersedes” yük maşını ilə toqquşmamaq üçün sükanı sola çəkib.

Nəticədə əsas yolla hərəkətdə olan evakuator da qəzadan yayınmaq üçün sükanı sola çəkdikdə sol zolaqdakı “Mitsubishi”yə dəyib və idarəetməni itirərərək səkiyə çıxıb qəzaya uğrayıb.

Qəzaya səbəb olan yük maşını isə heç nə olmayıbmış kimi yoluna davam edir.

[media=https://youtu.be/JxAoMhTriRc]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024