Mobil versiya
Məmmədyarov Nalbandyan görüşü yekunlaşdı - Nazirlər sentyabrda bir daha üz-üzə gələcəklər - YENİLƏNİB
Tarix: 12-07-2017 | Saat: 11:58
Bölmə:Siyasət | çapa göndər

Məmmədyarov Nalbandyan görüşü yekunlaşdı - Nazirlər sentyabrda bir daha üz-üzə gələcəklər - YENİLƏNİB


ATƏT-in Minsk Qrupunin vasitəçiliyi ilə keçirilən görüşdə həmsədrlər iki ölkənin dövlət başçıları – İlham Əliyev və Serj Sarkisyan arasında bu il ərzində görüşün keçirilməsi barədə təklifin onlara çatdırılmasını xarici işlər nazirlərindən rica ediblər.
Bu danışqılarda habelə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin sentyabrında Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində görüşünün təşkil edilməsi barədə razılaşma əldə olunub.


***
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında Brüsseldə keçirilən görüş başa çatıb. Modern.az xəbər verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunub. Həmsədrlərin iştirakı ilə keçirilən görüşün detalları barədə hələlik məlumat verilmir.


22:11

Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü başlayıb. Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin "Twitter" səhifəsində məlumat yayılıb.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunan görüş həmsədrlərin iştirakı ilə keçirilir.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024