Mobil versiya
“Radio Courtoisie” radiosunda kiçik Zəhradan danışılıb
Tarix: 12-07-2017 | Saat: 11:04
Bölmə:Gündəm / Manşet | çapa göndər

“Radio Courtoisie” radiosunda kiçik Zəhradan danışılıb


Fransadanın "Radio Courtoisie” radiosunda erməni silahlı bölmələrinin iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı Zəhra və nənəsinin həlak olması haqqında məlumat verilib.

Verilişdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən, qonşu ölkələrdə yaşayan ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsindən söz açılıb. Keçən əsrdə azərbaycanlıların öz doğma yurdlarından dəfələrlə deportasiya edildiyi diqqətə çatdırılıb. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının doğma torpaqlarından didərgin düşdüyü vurğulanıb.

ATƏT-in Minsk qrupu barədə danışılıb, Ermənistanın mövcud status kvonun saxlanılmasında maraqlı olduğu deyilib. Bildirilib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Bu məqsədlə 2016-cı ilin dekabrında "Sülh platforması” yaradılıb, ancaq erməni tərəfi bu platformaya da maneələr törətdir.
Qeyd edək ki, "Radio Courtoisie”nin səkkiz yüz mindən çox dinləyicisi var.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024