"Azərbaycan hər an müharibəyə hazırdır" - Polkovnik Ramaldanov
Tarix: 11-07-2017 | Saat: 13:25
Bölmə:Gündəm / Karusel | çapa göndər
“Azərbaycan yeni silah-sursat və döyüş texnikaların alınmasını davam etdirir. Ermənistan tərəfi bundan narahatdır. Çünki Ermənistan və onun havadarları Azərbaycana hərbi yoldan başqa seçim qoymurlar”.
Bunu AzVision.az-a ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov deyib.
Polkovnik bildirib ki, güc vasitəsilə torpaqların işğaldan azad edilməsi gündəmdədir: “Erməni işğalçıları tərəfindən 2 yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsinə bütün dünya münasibət bildirdi. Bu hal onu göstərir ki, Ermənistandan sülh gözləmək mümkün deyil. Ermənistan hələ də dinc sakinlərə atəş açır. Aprel hadisələri də dinc sakinlərin atəşə məruz qalmasından sonra baş vermişdi. Nəticədə ordumuz əks həmlə edərək bir neçə strateji yüksəkliyi işğaldan azad etdi və düşmənə ağır zərbələr vuruldu”
Ş.Ramaldanovun fikrincə, Ermənistan təxribata əl atmaqla danışıqlar prosesini pozmağa çalışır: “Düşmən zamanı uzatmağa çalışır. Onlar anlamalıdırlar ki, bu hərəkətlərin sonu görünmür”.
Polkovnik qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə və düşmən qüvvələrini darmadağın etməyə hazırdır: “Ordumuz ən müasir silahlarla silahlanır. Bu, bütün dünyaya və Ermənistana bir ismarıcdır ki, Azərbaycan güc yolu ilə Qarabağ məsələsi istənilən an həll edə bilər. Buna heç kimin şübhəsi olmasın”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024