Mobil versiya
Deputat: ""Ətağanın cəddi"nə and içənlər..."
Tarix: 10-07-2017 | Saat: 17:53
Bölmə:Siyasət | çapa göndər

Deputat: ""Ətağanın cəddi"nə and içənlər..."



"Mən cəmiyyətimizin problemlərinin əhəmiyətli hissəsinin birbaşa insanların ikili (dualist) inanc sisteminə sahib olmasında görürəm. Əslində bu, ədalət, halallıq, doğruluq, faydalılıq kimi keyfiyyət əmsalımızın sabit dəyərlərə çevrilməməsinə rəvac verən amildir".

AİA.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, həmişə adamların nəyə and içdiklərinə diqqət yetirir: "Bir yerdə "Allah haqqı" deyir. Dalınca "Quran haqqı", "İmam haqqı", "Anamın qəbri", "Qardaşımın qərib ruhu", "Ətağanın cəddi", "O pir haqqı" və s. and kəlimələri gəlir. İnandırmaq üçün bir çox hallarda "Gətir əlimi Qurana basım", "Bu çörək haqqı", "Bu duz haqqı" deyirlər. Bunlar əslində sıradan və vərdişlə xatırlanan andlar deyillər. Əsrlər boyunca xalqın şüuraltında yer alan dualizm elementlərinin dillə ifadə olunan təzahürləridir. Əslində bir çoxlarımızın şüuraltında Allahla, yəni Yaradanla bərabər statusda, Quran var, imam var, kiminsə cəddi var, hansısa pirin qorxusu var. Əsrlərdir bu cəmiyyətin əhəmiyyətli hissəsi Yaradana inancı Quran, imam, pir, seyid, çörək, duz obrazlarında maddiləşdirə bilib, bir çox hallarda gözlə gördüyünə olan inam və qorxu Allaha inamı və qorxunu üstələyə bilib. Çətinə düşəndə isə işlətdiyimiz kəlimələr var: "Allah görür" və ya "Balıq da bilməsə, Xaliq bilər". Demək ki, yalnız "Allah görür" məntiqi ilə həyata baxanda doğruluq, halallıq, faydalılıq, xeyirxahlıq kimi keyfiyyətlər sənin üçün sabit bir dəyərlər toplusuna çevrilir. Çünki anlayırsan ki, hətta özünlə yalnız qaldığında belə, əgər Allah görürsə, başqa cür davranmaq şansın yoxdur. Ancaq maddi obrazda gördüyün Quran kitabından, pirdən, seyiddən, imamın şəklindən, yaxınlarının qəbrindən kənarda özün gördüyünlə kifayətlənirsən və özünü yanlış əməllərinlə aldatdığının fərqində olmursan".

Fazil Mustafa bildirib ki, sabit əxlaq dəyərlərinə sahib insan üçün "Allah haqqı"ndan başqa alternativ andlar düşünmək, inanc kodunu zədələməyə, ikili, tərəddüdlü duyğuların yaranmasına yol açır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024