“Zəhranın ölümü mənə qətl edilən bacımı xatırlatdı” - Xocalıda hər iki valideynini itirmiş Həmayıl Xəlilova
Tarix: 08-07-2017 | Saat: 17:20
Bölmə:Gündəm | çapa göndər
Azərbaycan 20 ildən çoxdur ki, Ermənistanın hərbi təcavüzkarlıq siyasətindən, qanlı terror aktlarından əziyyət çəkir. Mülki insanların, xüsusilə də körpələrin qətlə yetirilməsi, humanizmə, insan hüquqlarına və demokratik prinsiplərə zidd olsa da, Ermənistan bundan çəkinmir.
İyulun 4-də Füzulinin Alxanlı kəndində törədilən qətliam erməni vəhşiliyini bir daha sübut etdi. 2 yaşlı Zəhra Quliyevanın ürəkparçalayan fotosu bir anlıq bizə Xocalı soyqırımını xatırlatdı. Həmin qırğının nəticəsində həlak olan 613 nəfərdən 63-ü günahsız uşaqlar idi. Artıq Zəhra da erməni təcavüzkarlarının qurbanlarından biridir.
“Zəhranın ölümündən bərk sarsıldım”
Xocalı soyqırımı zamanı 25 uşaq hər iki valideynini itirib. Həmayıl Xəlilova da o zaman həmin uşaqlardirin biri olub. O, Modern.az-la söhbəti zamanı Zəhranın ölümündən çox sarsıldığını söyləyib:
“Zəhranın ölümündən sonra üç gün özümə gələ bilmədim. Mən də balaca bacımı - Laləni itirmişəm. O öləndə yaşım az idi, hələ heç nə dərk etmirdim. Amma indi hər şeyi qavraya biləcək yaşdayam. Bu baxımdan balaca Zəhranın ölümü mənə çox təsir etdi. Bir anlıq bacım gözümün qabağında canlandı.
Ermənilərin son təxribatı, körpənin ölümünə səbəb olmaqları Xocalı faciəsini, yadımda qalan o vəhşiliyi qismən mənə xatırlatdı. Sanki baş verənlər həmin hadisənin davamıdır. O körpənin nə günahı var idi axı?.. Əgər söhbət savaşdan gedirsə, bu öhdəliyi dövlət öz üzərinə götürməlidir. Dinc sakinlərin ölümü haqsızlıqdır. Xüsusilə də Zəhra Quliyeva kimi uşaqlar, onun nənəsinin simasında bütün qocalar, qadınlar bu cür hadisələrin qurbanı olmamalıdır”.
“Zəhranın, Lalənin qanı yerdə qalmamalıdır”
“Düzdür, xalqımız ermənilərin son təxribatına kifayət qədər reaksiya verdi. Hətta bu, beynəlxalq səviyyədə də ciddi formada işıqlandırıldı. Amma təəssüf hissi ilə deməliyəm ki, Zəhra da bir zaman sonra unudulacaq. Xocalıda ölən uşaqlar yalnız faciənin ildönümü gələndə anılır. Yadınızdadırsa, Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin atəş açması nəticəsində 9 yaşlı balaca Fariz Bədəlov başından ağır yaralanıb dünyasını dəyişmişdi. O balacanın da adını bir həftə hallandırdılar, amma yenə unuduldu. Zəhra da onun kimi olacaq. Yalnız hamı bir olan zaman, müharibə yolu ilə torpaqlar alınan vaxt bəlkə ağrı-acılarımız yüngülləşə bilər. Zəhranın, Lalənin, onlar kimi digər balalarımızın qanı yerdə qalmamalıdır”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024