Mobil versiya
Putin Ərdoğanın fəaliyyətini yüksək qiymətləndirdi
Tarix: 08-07-2017 | Saat: 13:45
Bölmə:Siyasət / Manşet | çapa göndər

Putin Ərdoğanın fəaliyyətini yüksək qiymətləndirdi


Rusiya prezidenti Vladimir Putin Türkiyə rəhbərliyinin səyləri nəticəsində Suriya münaqişəsinin nizamlanması və terrorçuluqla mübarizədə irəliləyişin olduğunu vurğulayıb.

AİA.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Putin türkiyəli həmkarıRəcəb Tayyib Ərdoğanla "G20” sammiti çərçivəsində keçirdiyi görüşdə deyib.

Putin qeyd edib ki, son illər iki ölkə arasında əlaqələrin inkişafı üçün xeyli işlər görülüb.

"Xüsusilə də sizin sərgilədiyiniz mövqe nəticəsindəSuriyada həyat əhəmiyyətli dərəcədə yaxşılaşıb. Həm terrorçu qruplaşmalara nəzərə çarpacaq zərbələr vurulub, həm də nizamlanma prosesində əhəmiyyətli irəliləyişlərə nail olunub. Biz sizin mövqeyinizi, həmçinin danışıqlar üzrə bütün həmkarlarımızın mövqeyini yüksək qiymətləndiririk”, - deyə Putin Ərdoğanla görüşdə vurğulayıb.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024