Mobil versiya
Əli Əhmədov Dünya Bankının ekspertləri ilə görüşüb
Tarix: 07-07-2017 | Saat: 18:40
Bölmə:Siyasət | çapa göndər

Əli Əhmədov Dünya Bankının ekspertləri ilə görüşüb



Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Dünya Bankının ekspertləri ilə görüşüb.

AzVision.az xəbər verir ki, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Naveed Hassan Naqvi bildirmişdir ki, ekspertlərin Azərbaycana səfərinin məqsədi dövlət rəsmiləri ilə tütün məmulatlarının aksız vergisinin artırılması məsələlərini müzakirə etməkdir.

Dünya Bankının Tütünə nəzarət üzrə qlobal proqramının koordinatoru Patricio V. Marquez və digər ekspertlər bir çox ölkələrdə tütün məmulatları vergisinin artırılmasının həm dövlət, həm də istehlakçılara fayda verdiyini qeyd edərək bunun yüksək gəlirlərə və səhiyyə üzrə müsbət nəticələrə yol açdığını bildirib.

Baş nazirin müavini Əli Əhmədov bu təşəbbüsün qonşu ölkələrin təcrübələrini və beynəlxalq praktikanı nəzərə almaqla dəyərləndiriləcəyini vurğulanıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024