Mobil versiya
İranın Məşhəd şəhərində 21 nəfərlik terrorçu qrup zərərsizləşdirildi
Tarix: 07-07-2017 | Saat: 18:12
Bölmə:Gündəm | çapa göndər

İranın Məşhəd şəhərində 21 nəfərlik terrorçu qrup zərərsizləşdirildi


İranın kəşfiyyat orqanları Məşhəd şəhərində 21 nəfərdən ibarət terrorçu qrupu zərərsizləşdirib. Bu barədə məlumat verən Məşhəd şəhərinin prokuroru Həsən Heydəri jurnalistlərə bildirib ki, uzun müddət müşahidə altında olan bu şəxslər tez-tez Əfqanıstan və Pakistan sərhədlərini qanunsuz yollarla keçərək radikal terror qruplaşmaları ilə əlaqə saxlayırdılar. Əfqanıstan və İran vətəndaşlarından ibarət olan terror qruplaşması İranın Xorasan vilayətində terror aktları həyata keçirməyi planlaşdırırdı. İlkin dindirmədən sonra məlum olub ki, bu adamlar əvvəllər İranda törədilən terror aktlarında iştirak ediblər və İŞİD terrorçuları ilə əlaqədə olublar. Prokuror istintaqın davam etdiyini və ictimaiyyətə əlavə məlumat veriləcəyini də deyib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024