Bakıda niyə Böyük Şəhər Bələdiyyəsi yarada bilmirlər...
Tarix: 07-07-2017 | Saat: 12:10
Bölmə:Gündəm / Manşet | çapa göndər
Uzun illərdir ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılacağı anonsları verilsə də, ortada nəticə yoxdur. Bu məsələ gündəmdən niyə çıxdı?..
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a deyib ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması üçün vaxt lazımdır:
"Bələdiyyələr özlərini təmin edə bilmir”
"Bələdiyyənin yaradılması böyük vəsait tələb edir. Bunun üçün bələdiyyələrin maliyyə bazasının dayanıqlı olması vacibdir. Maliyyə resursları olmadan Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması mümkün deyil.
Hazırda elə bələdiyyələr var ki, özlərinin təminatında çətinlik çəkir və adi tapşırıqları belə, icra edə bilmirlər. Çünki bələdiyyələr sistemləşməyib. Burada təşkilatçılıq qabiliyyəti, maddi-texniki baza səviyyəsi yüksəldilməlidir. Bütün bunlar çətin prosesdir. Bəziləri elə bilirlər ki, Bakı Böyük Şəhər Bələdiyyəsini yaradıb bir çox səlahiyyətləri əlində cəmləməklə işlərin hamısı icra olunacaq.
Hazırda bələdiyyələr kəndarası yollar, məktəbdənkənar müəssisələrin yaradılması, insanların məişətinin təmin olunması kimi kiçik məsələləri həll edə bilmirlər. Hansı ki, o qədər də köklü məsələlər deyil, bunu bələdiyyələr edə bilərlər. Amma çox təəssüflər olsun ki, təşkilatçılıq qabiliyyəti olmadığına görə, bələdiyyələr bunu bacarmırlar. Nədənsə bu məsələlərə girişmirlər. Məsələn, Bakının özündə hansısa uşaq bağçası açıb istifadəyə verə bilər. Bu, olduqca ehtiyac duyulan və vacib sahədir.
Təəssüflər olsun ki, illərdir bu barədə müzakirələr gedir, müəyyən tapşırıqlar da var. Hazırkı durumda kənd rayonlarının bələdiyyələri 30-40 nəfərlik uşaq bağçası tikib, istifadəyə verə bilərlər. Amma maraq göstərmirlər”.
"...Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması effektli olmayacaq”
Deputatın fikrincə, öz işlərinin öhdəsindən gələ bilməyən bələdiyyələri birləşdirib Bakı Böyük Şəhər Bələdiyyəsini yaratmağın effekti olmayacaq:
"Əksinə, bu, bələdiyyələrin nüfuzuna xələl gətirəcək, insanlarda inamsızlıq yaradacaq. Onsuz da vətəndaş-bələdiyyə münasibətlərində ciddi nöqsanlar mövcudur.
Bu münasibət sağlam olarsa, hər bir vətəndaş bələdiyyənin fəaliyyətində yaxından iştirak edərsə, vergisini vaxtında ödəyərsə, bələdiyyələrin də büdcəsi olar. Amma ümumilikdə vətəndaş-bələdiyyə münasibətlərinin tənzimlənməsinə ciddi ehtiyac var. Bələdiyyələr bu problemlərin aradan qaldırılması üçün iş görmürlər. Ona görə də hesab edirəm ki, bu gün üçün Bakı Bələdiyyəsinin yaradılmasına ehtiyac yoxdur.
İş adamları, sahibkarlar bələdiyyələrə yardımçı ola bilərlər. Ancaq bu halda Bakı Böyük Bələdiyyəsinin yaradılması effektli olacaq. Bununla həm bələdiyyənin fəaliyyəti sistemli hal alar, həm vahid mərkəzdən idarə edilər, həm də görülən işlərin məqsədi aydın və aşkar olar. Təəssüflər olsun ki, hələlik nə cəmiyyət, nə də bələdiyyələr Bakının bir bələdiyyə ilə idarə edilməsinə hazır deyil”.
Bələdiyyələrin mübahisəli sərhədləri
T.Rzayevin sözlərinə görə, bir çox kənd rayonları yaradılmış reyestr xidmətindən keçiblər:
"Qanunauyğun olaraq bütün bələdiyyələr Milli Məclisdə yaradılmış reyestrdən keçməli, bələdiyyələrin sərhədləri, bu sərhəd daxilində dövlət, xüsusi mülkiyyət və bələdiyyələrə aid olan əmlaklar əksini tapmalıdır. Kənd bələdiyyələrinin demək olar çoxu reyestrdən keçib və sənədləri də alıblar. Amma şəhərdə sənədləşmə işləri davam edir. Çünki sərhədlər dəqiq müəyyən olunmayıb. Bakı, Sumqayıt, ümumiyyətlə, Abşeron ərazisində mübahisəli ərazilər var. Buna səbəb isə bələdiyyələrin sərhədləri ilə bağlı məsələnin həll olunmamasıdır”.
"Hazırda bu, qeyri-realdır”
Parlament üzvü deyib ki, hazırkı proseslər əslində Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması istiqamətindədir:
"Demokratiyanın təzahürü kimi 1999-cu ildə 2757 bələdiyyə yaradıldı. Daha sonra 1000-dən artıq bələdiyyə birləşdirildi və hazırda ölkədə 607 bələdiyyə fəaliyyət göstərir. Hesab edirəm ki, təkmilləşmə getdikcə, iri bələdiyyələrin yaranması prosesi gedəcək. Qonşu Gürcüstanda və Ermənistanda şəhər bələdiyyələri çoxdan təşkil edilib. Onlarda bizdəki kimi böyük assossiasiyalar, kəndlər, qəsəbələr yoxdur. Bunlar təkmilləşdikdən sonra şəhər bələdiyyəsi yaradılmalıdır. Bir çox rayon bələdiyyəsi birləşərək regional bələdiyyə yaradıla bilər. Gələcəkdə Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər. Amma hazırda bu, qeyri-realdır”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024