"Ordumuzun Alxanlı kəndində atəş nöqtəsi yoxdur" - Müdafiə Nazirliyi
Tarix: 06-07-2017 | Saat: 17:01
Bölmə:Gündəm / Manşet | çapa göndər
Füzulinin Alxanlı kəndində Azərbaycan ordusunun atəş nöqtəsi və hərbi birləşmələri yoxdur.
AİA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
“Bu, bölgədə yaşayan mülki əhalinin erməni tərəfinin əsas hədəfinin olmasının təsdiqidir. Bu gün həm jurnalistlər, həm də akkreditə olan hərbi atteşələr gördülər ki, Alxanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin heç bir qərargahı və ya atəş nöqtəsi yoxdur”, - deyə Vaqif Dərgahlı bildirib.
Qeyd edək ki, Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər Füzuli rayonunun Alxanlı kəndinə səfər ediblər.
Qeyd edək ki, səfər Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluğu və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024