Mobil versiya
"Dinc azərbaycanlıların qətli bunu edənlərə qarşı böyük nifrət oyadır"
Tarix: 06-07-2017 | Saat: 16:56
Bölmə:Gündəm | çapa göndər

"Dinc azərbaycanlıların qətli bunu edənlərə qarşı böyük nifrət oyadır"


"Günahsız, dinc mülki insanların qətlə yetirilməsi bunu edənlərə qarşı böyük nifrət oyadır və onlar ittiham olunmalıdırlar".

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Seyid İmran Əli erməni təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsinin həlak olmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Pakistanın Dağlıq Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyi var - münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT qətnamələrini yerinə yetirməklə həll olunmalıdır:

"Pakistan bu prinsiplərə sadiqdir və Azərbaycan dövləti və xalqı ilə həmrəyliyini nümayiş etdirir".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024