Mobil versiya
Alimlərin yeni mənzillərə köçü niyə ləngiyir? - AÇIQLAMA
Tarix: 06-07-2017 | Saat: 16:47
Bölmə:Gündəm | çapa göndər

Alimlərin yeni mənzillərə köçü niyə ləngiyir? - AÇIQLAMA


Azərbaycan Milli Elmlər Akademiyası ilə “Evrostroy-S” MMC arasında bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binada həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərə mənzil verilib. Mənzillərin bölüşdürülməsi qalmaqalla müşayiət olunub. Bölgüdən kənarda qalan bəzi elmi işçilər narazılıq ediblər. Amma AMEA rəhbərliyi bu narazılığı yersiz səs-küy adlandırıb.
Maraqlıdır, 54 AMEA əməkdaşına və onların ailə üzvlərinə verilməsi nəzərdə tutulan mənzillərə köç başlayıbmı?

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Modern.az-a açıqlamasında bildirib ki, əməkdaşlar hələ ki mənzillərə köçürülməyib:
“İlkin mərhələdə yataqxanada qeydiyyatda olan, hazırda orada yaşayan, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 54 AMEA əməkdaşına mənzil verilib. Növbəti mərhələdə qalan mənzillərin yataqxanada qeydiyyatda olan, üzrsüz səbəbdən orada yaşamayan, mənzilə ehtiyacı olan elmlər və fəlsəfə doktorlarına verilməsi gözlənilir. 54 nəfər püşkatma yolu ilə bəlli olsa da, hələ ki mənzillərə köçürülməyib”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024