Xarici jurnalistlər və hərbi attaşelər 2 yaşlı Zəhranın yas mərasiminə qatılıblar
Tarix: 06-07-2017 | Saat: 16:46
Bölmə:Gündəm / Karusel | çapa göndər
İyulun 6-da Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər erməni silahlı bölmələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın və nənəsinin yas mərasimində iştirak ediblər.
Modern.az-ın məlumatına görə, xarici KİV nümayəndələri və hərbi attaşelər yas mərasimində iştirak etmək üçün “Zobucuq-5” qəsəbəsinə gəliblər. Onlar burada təşkil olunan yas mərasiminə qatılıb, həlak olanların ailələrinə başsağlığı verib, dərdlərinə şərik olduqlarını bildiriblər.
Qeyd edək ki, Alxanlı kəndinə səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, “Amerikanın Səsi”, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri, habelə, 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Səfər edənlər arasında ABŞ, Rusiya, Pakistan, Çin, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatı da var.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024